AZ

Dağıstanda toy kortejində qəza olub, üç nəfər ölüb

Dağıstanın Babayurt rayonunda baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, daha bir nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, toy kortejində hərəkət edən “Lada Granta” markalı avtomobil qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər - “Lada Granta”nın sürücüsü və onun iki sərnişini hadisə yerində dünyasını dəyişiblər. Daha bir sərnişin Babayurt rayon mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
236
8
operativmm.az

10Mənbələr