AZ

Son zamanlar boşanmaların sayı günü-gündən artır.

Boşanmaların sayının artmasının səbəblərindən biri kimi ailələrdə cinsi həyatın normal səviyyədə olmamasıdır. 

Uroloq Ramiz Abdullayev Hit.az-a şərhində bildirib ki, boşanmaların əsas səbəbi cinsi uyğunsuzluqdur:

"Sadəcə ailələr boşanan zaman bunu gizlədir. Seksual uyğunsuzluq ailədə disharmoniyaya səbəb olur. Nəticədə, kişi qadının gözündən düşür. Kişi imkanlı olsa da, qadını yağ-bal içində saxlasa da, qadının ona münasibəti dəyişir. Və kişinin hər bir sözü onu əsəbiləşdirməyə başlayır. Eyni zamanda əksinə, kişi evə gəldiyi zaman qadından yemək qoxusu gəlirsə, özünə baxmırsa, özünü yataqda soyuq aparırsa, kişi, təbii ki, xoşbəxtliyini kənarda axtarmağa məcbur olacaq. Yəni, bu uyğunsuzluğun əmələ gəlməsi həm bu sahədə savadın az olmasından, həm də bu sahə ilə bağlı mütəxəssislərə müraciət etməyə utanmaq, çəkinməkdən, mental dəyərlərdən irəli gəlir. Çox zaman qadınlar da, kişilər də dözüb yaşayırlar. Cəmiyyətdə kişilərin imkanları daha genişdir, onlar hərdən başqaları ilə münasibətdə ola bilirlər”.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
7
hit.az

7Mənbələr