AZ

Azərbaycanda uşaqların sayı niyə azalır?

Azərbaycanda uşaqların sayı azalıb.

Bu barədə məlumat Bakı Tədqiqat İnstitutunun 2005-2022-ci illəri əhatə edən hesabatında yer alıb.

Belə ki, 2005-ci ildə əhalinin 31.8%-i 17 yaşına qədər uşaqlar təşki edirdisə, 2022-ci ildə bu göstərici 26.3%-ə düşüb.

Azalma özünü daha çox qız uşaqlarında göstərir. 

Uşaqların sayının azalması barədə fikir bildirən sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində deyib ki, bu gün bütün dünyada demoqrafik eniş baş verir. Son illərdə evlənənlərin sayının azalmasını, vətəndaşlarımızın daha gec yaşlarda ailə qurmağa üstünlük vermələrini də nəzərə almaq lazımdır:

“Gənclər karyeralarını qurub , stabil iş yerinə sahib olduqdan və mənzil-məişət şəraitlərini yaxşılaşdırdıqdan sonra evlənmək istəyirlər. Cəmiyyətimizin sosial sferalarında gedən proseslər Qərb həyat standartlarının xalqımızın demoqrafik vəziyyəti, mənəvi dəyərlər sistemi və ailə institutuna təsirsiz ötüşmədiyini göstərir. Ölkə əhalisinin demoqrafik artımının fonunda uşaqların sayının azalması mənəvi-ideoloji və maddi-iqtisadi faktorlarla bağlıdır. Mənəvi-ideoloji faktor dedikdə, Azərbaycan cəmiyyətinə başqa cəmiyyətlərdən ötürülən ideya və ideologiyalar nəzərdə tutulur. Yəni , müxtəlif ideyaların təsiri nəticəsində xalqımızın çoxəsrlik ailə institutunda müəyyən dəyişikliklər, yeni tendensiyalar müşahidə edilir. Beləliklə, hazırda əksər ailələr daha çox uşaq sahibi olmağı planlaşdırmır, onlar bir və ya iki övladla kifayətlənirlər. Gənclərin bu fikirdə olmasının maddi-iqtisadi səbəbləri ilə yanaşı, mənəvi-ideoloji tərəfləri də çoxdur”. 

Ekspert onu da deyib ki, bu problemin yaranmasının səbəblərindən biri də boşanma hallarının çoxalmasıdır. Bu hal bir növ ailələrin sığortalanmamağından irəli gəlir.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
7
hit.az

7Mənbələr