AZ

Tanınmış aktyor Trampın həbs olunmasını istəyir

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 34 ittiham üzrə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, buna ən çox sevinən tanınmış aktyor Robert De Niro olub.
 
Belə ki, aktyor Trampın ittiham edilərək həbs edilməsindən məmnun oa biləcəyini bildirib.
 
Aktyor məsələ ilə açıqlama verərək deyib:

\"Olduğu kimi. Ədalət öz yerini tapdı. Budur”. Həmçinin o, Trampın pərəstişkarlarının ambisiyasını \"dəli” adlandırıb.

Menhettendə mitinq keçirdiyi iddia edilən De Niro Co Bayden üçün əlavə kampaniyaya keçirəcəyini də deyib:
 
\"Mən bunu planlaşdırıram\".

Qeyd edək ki, bütün dünya mətbuatının diqqəti Trampın məhkəməyə verilməsindədir və sabiq prezident ABŞ-nin cinayət ittihamı ilə mühakimə olunan ilk sabiq prezidenti olub.
  
İyulun 11-də hökm oxunması planlaşdırılan Tramp o vaxta qədər girovsuz azadlıqda qalacaq.
 
Onu dörd ilə qədər həbs cəzası gözləyir.

Apellyasiya şikayəti verəcəyi gözlənilən Tramp Baydenin məhkəmədə onu aldatdığını iddia edərək əlavə edib:
 
\"Əsl qərarı 5 noyabrda xalq verəcək. Mən günahsız adamam. Ölkəm üçün mübarizə aparıram. Bizim üçün mübarizə aparıram. Biz tənəzzülə uğrayan bir millətik”.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
39
azxeber.com

10Mənbələr