AZ

Trampın həbs olunma ehtimalı nə qədərdir? – Hüquq ekspertləri

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaşının çox olması və irəli sürülən ittihamların aşağı səviyyədə olması səbəbindən onun mühakimə olunması ehtimalı azdır. 

Valyuta.az xəbər verir ki, bu barədə hüquq ekspertləri The Washington Post-a bildiriblər.

Trampın mühakimə olunduğu 34 maddənin hamısı zorakılıq olmayan E sinfinə aid cinayətlərdir və 16 aydan 4 ilə qədər həbslə cəzalandırılır. Bu, Nyu Yorkda ən aşağı cinayət sinfidir.

Ekspertlər deyirlər ki, 77 yaşlı Tramp əvvəllər məhkum olunmayıb, ona görə də onun həbs olunacağı ehtimalı azdır. Mümkün bir seçim Trampa sınaq müddəti təyin etməkdir. Bu halda, o, ştatdan kənara çıxmaq üçün şərti azadlıq üzrə məsul zabitdən icazə almalıdır. Həmçinin, siyasətçi cərimə ilə azad ola bilər və ya şərti cəza ala bilər, lakin bu, digər cinayət işlərində təqsirli bilinmədiyi təqdirdə mümkündür.

Bu proqnozlara baxmayaraq, Tramp artıq özünü siyasi məhbus adlandırıb.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından, hazırkı prezident Co Bayden isə Demokratlar Partiyasından namizədliyini irəli sürür. Hər iki namizəd yaşları ilə seçilir: Donald Trampın 77, Baydenin 81 yaşı var.

Bundan əvvəl andlılar heyəti Trampı porno aktrisaya pul ödəməsində təqsirli bilib.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
16
valyuta.az

10Mənbələr