AZ

Məhkəmə Donald Trampı bütün ittihamlar üzrə təqsirli hesab edib

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülmüş ittihamlarla bağlı təqsirli bilinib.

Xezerxeber.az xəbər verir ki, Nyu-York Məhkəməsində hakim heyəti ABŞ tarixində ilk dəfə keçmiş prezident Donald Trampın cinayət işi üzrə təqsirli olmasına dair hökm çıxarıb.

12 nəfərdən ibarət heyət keçmiş prezidenti 34 halda sənəd saxtalaşdırmaqda təqsirli biliblər. Hər bir fakt üzrə 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıla bilər ki, bu da ümumilikdə 136 il edir.

Yekun cəza iyulun 11 keçiriləcək xüsusi iclasda hakim Xuan Merçan tərəfindən veriləcək. Tramp həbs olunsa belə, bu, onun prezident seçkilərində iştirakına mane olmayacaq.

Donald Tramp 2016-cı il seçkiləri ərəfəsində ödədiyi rüşvəti seçicilərdən gizlətmək üçün maliyyə hesabatlarını saxtalaşdırmaqda ittiham olunur.

Tramp işi ilə bağlı dinləmələr aprelin oralarında başlayıb. ABŞ tarixində ilk dəfədir ki, keçmiş prezident cinayət işi ilə bağlı məhkəmə qarşısına çıxarılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
39
xezerxeber.az

10Mənbələr