AZ

NATO-nun dörd aylıq genişmiqyaslı hərbi təlimi yekunlaşır

Bakı. Trend:

Bu gün NATO-nun son illər ərzində keçirdiyi ən böyük hərbi təlim- “Steadfast Defender” manevrləri başa çatır.

Trend xəbər verir ki, təxminən 90 min əsgərin iştirakı ilə dörday davam edən miqyaslı manevrlərinin məqsədi Rusiyanın alyansərazisinə mümkün helikopter hücumunun qarşısını almağı təcrübədənkeçirmək olub.

Təlimlərdə NATO qoşunlarının şərq cinahı boyunca SkandinaviyadanRumıniyaya köçürülməsi üzərində çalışılıb.

Almaniya Silahlı Qüvvələri hərbi təlimlərdə təxminən 12 minhərbçi ilə təmsil olunub. “Bundesver” hərbi bölmələrin dislokasiyaməntəqələrindən mümkün əməliyyat sahələrinə, o cümlədən Litvayaköçürülməsini sınaqdan keçirib.

Qeyd edək ki, “Steadfast Defender” təlimləri “Soyuq Müharibə”dövründən sonra NATO-nun ən böyük manevrləridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
6
az.trend.az

6Mənbələr