AZ

NATO-nun dörd aylıq genişmiqyaslı hərbi təlimi yekunlaşır

NATO-nun

Bakı, 31 may, AZƏRTAC

Bu gün NATO-nun son illər ərzində keçirdiyi ən böyük hərbi təlim - “Steadfast Defender” manevrləri başa çatır.

AZƏRTAC xəbər verir ki, təxminən 90 min əsgərin iştirakı ilə dörd ay davam edən miqyaslı manevrlərinin məqsədi Rusiyanın alyans ərazisinə mümkün helikopter hücumunun qarşısını almağı təcrübədən keçirmək olub. Təlimlərdə NATO qoşunlarının şərq cinahı boyunca Skandinaviyadan Rumıniyaya köçürülməsi üzərində çalışılıb.

Almaniya Silahlı Qüvvələri hərbi təlimlərdə təxminən 12 min hərbçi ilə təmsil olunub. “Bundesver” hərbi bölmələrin dislokasiya məntəqələrindən mümkün əməliyyat sahələrinə, o cümlədən Litvaya köçürülməsini sınaqdan keçirib.

Qeyd edək ki, “Steadfast Defender” təlimləri “Soyuq Müharibə” dövründən sonra NATO-nun ən böyük manevrləridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
6
azertag.az

6Mənbələr