AZ

Deputatların tətili təxirə salındı – Növbədənkənar sessiya olacaq

Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

Ulusal.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib.

Qeyd edək ki, deputatlar bu gün tətilə getməli idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
18
moderator.az

10Mənbələr