AZ

İyun ayında Milli Məclisin növbədənkənar iclası baş tutacaq

May ayının 31-də Milli Məclisin son plenar iclası ilə yaz sessiyası başa çatıb. Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib. Sədr qeyd edib ki, növbədənkənar sessiya iyun ayında keçiriləcək.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
17
hurriyyet.az

10Mənbələr