AZ

Parlamentin növbədənkənar xüsusi sessiyası çağırıldı

Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırılıb.

Qaynarinfo xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Spiker Sahibə Qafarova bildlrib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib.

Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

Qafqaz Rafiqoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
17
qaynarinfo.az

10Mənbələr