Rusiyanın Krasnodar diyarında yerləşən neft bazasında yanğın olub.

Leqal.info Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, neft bazasının əməkdaşları arasında xəsarət alan var.

Rusiya Müdafiə Nazirliyi isə ötən gecə hava hücumundan müdafiə sisteminin Krasnodar diyarı ərazisində 5 ədəd gəmi əleyhinə raketi və 29 PUA-nı məhv etdiyini və ələ keçirdiyini vurğulayıb.

Eyni zamanda Voronej, Belqorod və Tambov vilayətləri səmalarında da təyyarə tipli PUA-lar məhv edilib.

Leqal.info