AZ

Ukrayna PUA-ları Krasnodar diyarında neft bazasına hücum edib, xəsarət alanlar var

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Rusiyanın Krasnodar diyarında yerləşən neft bazasında yanğın baş verib.

APA Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, neft bazasının əməkdaşları arasında xəsarət alan var.

Rusiya Müdafiə Nazirliyi isə ötən gecə hava hücumundan müdafiə sisteminin Krasnodar diyarı ərazisində 5 ədəd gəmi əleyhinə raketi və 29 PUA-nı məhv etdiyini və ələ keçirdiyini vurğulayıb.

Həmçinin Voronej, Belqorod və Tambov vilayətləri səmalarında da təyyarə tipli PUA-lar məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
apa.az

10Mənbələr