AZ

Ukrayna Rusiyada neft emalı zavodunu sıradan çıxardı

Ötən gecə Ukraynanın dronlarla endirdiyi zərbələr Rusiyanın Krasnodar diyarında Slavyansk neft emalı zavodunun fəaliyyətini dayandırması ilə nəticələnib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, PUA-lar polad toplar şəklində dağıdıcı elementlərlə təchiz olunubmuş. Onların həmçinin daha böyük partlayıcılarla təchiz olunduğu aşkarlanıb.

Rəsmi qurumların məlumatına görə, hazırda fövqəladə hadisə yerində əməliyyat-istintaq tədbirləri aparılır. Mütəxəssislər NEZ-in bütün ərazisinə tam baxış keçirəcəklər. Konkret ziyan hələ müəyyən edilməyib.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin bir gecədə Krasnodar diyarı üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 57 PUA-nı vurduğunu bildirib. Slavyanski rayonunun rəhbəri Roman Sinyaqovski bildirib ki, neft emalı zavodunun ərazisinə 6 pilotsuz təyyarə düşüb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
10
musavat.com

10Mənbələr