AZ

"Neftçi" və"Sabah"nin futbolçuları dava etdi, qazanan AFFA oldu - VİDEO

AFFA İntizam Komitəsi "Neftçi"ni 10300, "Sabah"ı isə 12700 manat cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna tərəflər arasında Premyer Liqanın XXXVI turunun matçında yaşananlar səbəb olub.

"Ağ-qaralar"ın futbolçusu Dieqo Valdes görüşün sonlarında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, paytaxt təmsilçisini 3000 manat ziyana salıb.

"Neftçi"nin istefaya göndərilən baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyi üçün 5 matçlıq diskvalifikasiya edilib, klub isə buna görə 4000 manat ödəməli olacaq.

Komandanın azarkeşləri meydana kənar əşyalar atdığına görə Bakı klubu 800 manat cərimələnib.

Fanatların rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə isə əlavə 1000 manat cərimə kəsilib. Tərəflərin pirotexniki vasitədən istifadəsi ilə əlaqədar isə "Neftçi" 1500 manatından keçməli olacaq.

Bundan əlavə, "Sabah"ın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə ikisi şərti olmaqla 4 oyunluq cəza alıb. "Bayquşlar" 3000 manat cərimə edilib.

Oyunçuya üç ay sınaq müddəti təyin olunub. Qonaqların digər legioneri Con İrasabal üçü şərti olmaqla 4 matçlıq diskvalifikasiya ilə üzləşib.

Klub isə bu səbədən 3000 manat ödəyəcək. Abdulax Xaybulaev da eyni səbəbdən 4 oyunluq cəza alanların sırasına qoşulub və "Sabah"ı 3000 manat ziyana salıb.

Üç futbolçusu qırmızı vərəqə gördüyü üçün Premyer Liqa təmsilçisi əlavə 3000 manat ödəyəcək. Digər 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə isə 700 manatından keçməli olacaq.

Rəqibini 1:0 hesabı ilə üstələyən "Sabah" UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Xoşagəlməz hadisənin görüntülərini təqdim edirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
49
sportinfo.az

10Mənbələr