AZ

"İrəvan" I Liqadan kənarlaşdırıldı

“İrəvan” klubu AFFA-nın Lisenziya Komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm üçün I Liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib.

Sportnet.az xəbər verir ki, bununla yanaşı, klub tərəfindən Peşəkar Futbol Liqasında apellyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb.

Bütün bunları nəzərə alan qurum “İrəvan”ın lisenziyalaşdırma tələblərinə cavab vermədiyi üçün I Liqa yarışlarından kənarlaşdırılmasına qərar verib.

Bu mövsüm I Liqada sonuncu yeri tutmuş “Araz Saatlı” klubu qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci yeri tutmuş “Cəbrayıl” komandası ilə pley-off matçlarında mübarizə aparacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
49
sportnet.az

10Mənbələr