AZ

“İrəvan” klubu I Liqadan kənarlaşdırıldı

“İrəvan” klubu AFFA-nın Lisenziya Komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm üçün I Liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib.

Bakıvaxtı.az  Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bununla yanaşı, klub tərəfindən PFL-ə hər bir kluba apellyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb.

Bütün bunları nəzərə alan qurum “İrəvan”ın lisenziyalaşdırma tələblərinə cavab vermədiyi üçün I Liqa yarışlarından kənarlaşdırılmasına qərar verib.

Bu mövsüm I Liqada sonuncu yeri tutmuş “Araz Saatlı” klubu qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci yeri tutmuş “Cəbrayıl” komandası ilə pley-off matçlarında mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
49
bakivaxti.az

10Mənbələr