AZ

BMT-dən Suriya açıqlaması - "Ən pis vəziyyətdədir"

"Suriya hazırda silahlı münaqişə başlayandan bəri ən pis vəziyyətdədir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen bildirib.

"Suriyadakı vəziyyət indi ən pisdir. Münaqişə 13 ildir davam edir və vəziyyət heç vaxt indiki qədər pis olmayıb. Xüsusilə də söhbət iqtisadiyyatdan gedir", - o deyib.

Pedersenin sözlərinə görə, ölkədə 17 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. O, həmçinin qeyd edib ki, Fələstin-İsrail münaqişəsi təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərir.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
redaktor.az

10Mənbələr