AZ

Pis yuxular təhlükəli xəstəliyin XƏBƏRÇİSİDİR

Tədqiqatlar göstərir ki, böyüklərin təxminən 5%-i həftədə bir dəfə pis yuxu görür, 12-40 faizi isə orta hesabla ayda bir dəfə pis yuxular görür.

Milli.Az lent.az-a istinadən bildirir ki, alimlərin fikrincə, əgər pis yuxuları tez-tez görürsünüzsə, həkimə müraciət etmək lazımdır. Tədqiqatçılar pis yuxular və ciddi xəstəliklər arasında potensial əlaqə olduğunu bildiriblər. Xüsusilə, Birmingem Universitetinin alimləri tez-tez kabusların demensiyadan xəbər verə biləcəyini təsdiqləyiblər. Onlar həmçinin qeyd ediblər ki, narahatedici yuxular idrakın sürətlənmiş tənəzzülü və Parkinson xəstəliyi riskinin artması ilə əlaqələndirilir.

Alimlərin 35-64 yaş arası 600-ə yaxın böyük, eləcə də 2600 yaşlı insanın iştirakı ilə apardığı təcrübədə kabuslarla xəstəlik riski arasında əlaqə təsdiqlənib. 

Tədqiqat zamanı məlum olub ki, ən çox kabuslardan əziyyət çəkən eksperiment iştirakçılarının koqnitiv qabiliyyətlərinin pisləşməsi və demensiyanın inkişafı riski daha çoxdur. Buna görə də elm adamları tez-tez kabuslar görən insanları vəziyyətin öz axarı ilə getməsinə imkan verməməyə və təcili olaraq mütəxəssisdən məsləhət almağa çağırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
milli.az

10Mənbələr