AZ

Növbəti 15 ailəlik köç karvanı Şuşaya çatıb, onlara açarlar təqdim olunubYENİLƏNİB

Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib.

“İki sahil” xəbər verir ki, açarların təqdimatı mərasimində Şuşa şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Şuşaya 15 ailə – 57 nəfər köçürülüb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.

***

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

“İki sahil” xəbər verir ki, bu mərhələdə Şuşaya 15 ailə – 57 nəfər köçürülür.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Qeyd edək ki, bununla da Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
ikisahil.az

10Mənbələr