AZ

Xocalıda aparılan quruculuq işləri böyük sürətlə davam edir

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında qazandığı Şanlı Qələbə və  bir il əvvəl həyata keçirilən Lokal Antiterror tədbirləri nəticəsində 30 ildən çox işğal altında olan torpaqlarımız azad edildi, Xankəndi, Xocalı, Ağdərə, Xocəvənd, Ağdərədə üçrəngli Dövlət Bayraqlarımız qaldırıldı və bununla da tarixi ədalət bərpa olundu.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə qazanılan bu qələbədən dərhal sonra azad edilən ərazilərdə hazırda geniş miqyas alan bərpa-quruculuq işləri başladı. Eyni zamanda soydaşlarımızın öz döğma qurdlarına qayıdışına start verildi. Bu gün artıq keçmiş məcburu köçkünlərin bir hissəsi Füzuli, Laçın, Şuşa, Xocalı şəhərləri, Ağalı, Talış, Zabux, Sus kəndlərinə qayıdıblar. İlin sonuna qədər Cəbrayıl, Kəlbəcər, Xankəndi şəhərlərinə də qayıdış başlanacaqdır.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, görülən işlərlə yaxından tanış olur, yeni sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Son üç ildən artıq dövrün qürurverici hadisələrindən biri budur ki, dövlət başçısı İlham Əliyev öz doğum günlərində, bayramlarda, əlamətdar günlərdə xalqın arasında olur, onlara müjdələrini çatdırır.

Digər bayram günlərində olduğu kimi, 28 May – Müstəqillik Günündə də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarında olublar.

Dövlətimiz və xalqımız üçün əlamətdar gündə – Müstəqillik Günü Prezident İlham Əliyev Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoydu. Prezident İlham Əliyev Xocalıya səfəri zamanı şəhərdə 15 çoxmənzilli binada həyata keçirilən təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Həmin gün dövlətimizin başçısı və ailə üzvləri Xocalı şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərinin açarlarını təqdim ediblər.

Böyük qayıdışın reallaşdırıldığı digər yaşayış məntəqələri kimi, Xocalı şəhərinə də köçün sürətlənməsi davam edir. 32 ildən sonra Müstəqqillik Günündə öz dədə-baba torpaqlarına qayıdan Xocalı sakinləri ikiqat sevinc yaşayıblar.

Xocalılarla görüşü zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi qeyd edib ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər bu gün də gələcək. Mən də bilirdim, şübhə etmirdim. Sadəcə olaraq onun vaxtı var idi. Xocalılılar bəlkə də bu qədər tez baş verəcəyini gözləmirdilər: «Burada – Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi.»

Uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Əzəli yurdlarına qaydan keçmiş köçkün ailələri artıq müasir tipli evlərlə təmin olunublar. Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəldilir.

Qeyd edək ki, Xocalıya köçürülən ailələr ölkənin müxtəlif ərazilərində yardımçı tikililər və müxtəlif müəssisələrə məxsus olan binalarda yerləşdirilən sakinlər olub. Xocalı şəhərində indiyədək 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib.

Onu da vurğulamaq yerinə düşər ki, Xocalıya köçün daha da intensivləşməsi üçün şəhərdəki yarımçıq tikili vəziyyətində olan və 3,34 hektar ərazini əhatə edən yaşayış kompleksi də əsaslı təmir olunub. Burada hər biri ikigirişli olmaqla, üçmərtəbəli 15 binada iki, üç və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları və meydançası, söhbət guşələri yaradılıb.

Bu gün Xocalıda aparılan quruculuq işləri böyük sürətlə davam edir. Bunun da nəticəsi kimi ölkənin digər yerlərində müvəqqəti məskunlaşan xocalıların öz yurdlarına gönüşü daha da sürətlənir.

 

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
heftelik.az

10Mənbələr