AZ

AFFA yumruqların havada uçduğu oyunla bağlı cəzaları açıqladı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında 36-cı - sonuncu turun “Neftçi” – “Sabah” oyunu ilə bağlı (0:1) qərarları açıqlayıb.

Publika.az xəbər verir ki, iclasd gərgin və qalmaqalı keçən görüşlə bağlı qərarlar qəbul edilib. Görüş üçün təyin edilən ümumi cərimə məbləği 23000 manat olub. Bunun 10300 manatı “Neftçi”nin, 12700 manatı isə “Sabah”ın payına düşüb.

Oyununun 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Dieqo Valdez təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Neftçi” 3000 manat cərimə edilib.

90+2-ci dəqiqəsində "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib.

Oyunda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” 800 manat cərimə edilib. Eyni zamanda onlar tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub əlavə 1000 manat cərimə edilib. “Neftçi” azarkeşləri oyunundan əvvəl tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “ağ-qaralar” daha 1500 manat cərimə edilib.

“Sabah”a gəlincə, 90+1-ci dəqiqədə qonaq komandanın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
8
publika.az

10Mənbələr