AZ

"Neftçi” – “Sabah” oyunu ilə bağlı qərarlar açıqlandı

style='margin-bottom:10px;'>

 AFFA İntizam Komitəsi  Misli Premyer Liqasında 36-cı-sonuncu turun “Neftçi” – “Sabah” oyunu ilə bağlı qərarları açıqlayıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasında 36-cı turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Dieqo Valdez təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Neftçi”  3000 manat cərimə edilib.

"Neftçi” – “Sabah” oyununun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Neftçi”  4000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” 800 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi”  1000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyunundan əvvəl meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.

"Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində qonaq komandanın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);

25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Sabah” klubunun 3 nömrəli futbolçusu Con İrasabal təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində qonaq komandanı futbolçusu Abdulax Xaybulaev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda qonaq komandanın 3 futbolçusu qırmızı vərəqə aldığı üçün “Sabah” 3000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda qonaq komandnın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
10
teleqraf.com

10Mənbələr