AZ

AFFA “Neftçi” - “Sabah” matçı ilə bağlı cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqada və Əvəzedicilər Liqasında mövsümün son cəzaları açıqlanıb.

Arena.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası, 36-cı tur

“Zirə” – “Səbail” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra “Zirə”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bu klub daha 1500 manat cərimə edilib. “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Səbail”in futbolçusu Valdemar Almeyda ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Sumqayıt”ın tərcüməçisi Şahin Abdullayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz klubu 800 manat cərimə edilib.

“Neftçi” – “Sabah” matçı ilə bağlı sərt cəzalar

“Neftçi” – “Sabah” oyununda “Neftçi”nin futbolçusu Dieqo Valdes təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə bu klub 800 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” 1000 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib. “Sabah”ın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Sabah”ın futbolçusu Con İrasabal təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Sabah”ın futbolçusu Abdulla Xaybulayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. “Sabah”ın 3 futbolçusu qırmızı vərəqə aldığı üçün bu klub 3000 manat cərimə edilib. “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub daha 700 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 36-cı tur

“Turan Tovuz-2” – “Kəpəz-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Tovuz klubu 80 manat cərimə edilib. Oyundan əvvəl “Turan Tovuz-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Tovuz komandası 150 manat cərimə edilib.

İkinci Liqaya vəsiqə uğrunda pley-offun ilk oyunu

“Şəfa” – “Hypers” oyununda “Şəfa” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəfa” 150 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
6
arena.az

10Mənbələr