AZ

Azərbaycan- Tacikistan münasibətləri tarixi dostluq və qardaşlıq əlaqələrinə əsaslanır ŞƏRH

Azərbaycan və tacik xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.Ölkələrimiz arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci ildə Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır. Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Mərkəzi Asiya regionu ilə münasibətlərin möhkəmləndirilməsi hazırkı geosiyasi şəraitdə mühüm perspektivlər vəd edir.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də Azərbaycana dövlət səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.Səfər çərçivəsində prezidentlərin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edildi, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verildi. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. İmzalanan sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını möhkəmləndirir. Dövlət başçısı əmin olduğunu vurğuladı ki, imzalanmış sənədlər qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək.

Bəyanatında Prezident İlham Əliyev səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsinə diqqət çəkərək qeyd etdi ki, Bəyannamədə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri zamanı Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Cənab İlham Əliyevin qeyd etdi ki, ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır: “Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir.”

Göründüyü kimi, Tacikistan və Azərbaycan liderlərinin səyləri sayəsində ikitərəfli münasibətlər qarşılıqlı anlaşma və etimad əsasında qurulur və bütün sahələrdə tədricən inkişaf edir. Eyni zamanda, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, ticarət-iqtisadi, sənaye, kənd təsərrüfatı, investisiya, tranzit, nəqliyyat və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Ölkələrimizin mövcud iqtisadi potensialını nəzərə alaraq qeyd etmək olar ki, böyük istifadə olunmamış ehtiyatlar mövcuddur və əminliklə demək olar ki, Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi və dərinləşməsi üçün hər cür şans var. Çünki Tacikistan və Azərbaycanın iqtisadi və qanunvericilik bazası onların inkişafı üçün lazımi hüquqi platformanı təmin edir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
40
sesqazeti.az

10Mənbələr