AZ

Tarixin müxtəlif çağlarında uğurla davam edən dostluq əlaqələri - ŞƏRH

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Tacikistanla münasibətlər xüsusi yer tutur. Azərbaycan ilə Tacikistan arasındakı münasibətlərin tarixi çox qədimdir. Tarixin müxtəlif çağlarında inkişaf edən əlaqələr bu gün də uğurla davam edir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşləri, bu görüşlərdən sonra mətbuata bəyanatlarla çıxışlar iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevlə Tacikistan Prezidenti Emoməli Rəhmon arasında olan dostluq münasibətləri iki ölkə arasındakı əməkdaşlığın inkişafına müsbət təsirini göstərir. Qardaş ölkələrin beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq etməsi, bir-birinə siyasi dəstək verməsi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir.

Hər iki dövlət rəhbərlərinin mətbuata bəyanatlarla çıxışı zamanı ölkə Prezidentimiz cənab İlham Əliyev bildirib ki, ilin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.

Səfər çərçivəsində Azərbaycanla Tacikistan arasında iki dövlət üçün xüsusi əhəmiyyət daşıyan mühüm sənədlərin imzalanması da gələcək əməkdaşlığın anonsunu vermiş oldu.

İki ölkənin müxtəlif sahələrdəki yeni əməkdaşlıq imkanlarını yüksək dəyərləndirən Prezident cənab İlham Əliyev onu da vurğulayıb ki, bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. Başqa sözlə, hətta ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir.

Qardaş ölkənin Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı əldə edilən razılaşmalar, xüsusən də strateji tərəfdaşlıq Bəyannaməsi Azərbaycan-Tacikistan münasibətlərinin möhkəm təməlinə çevriləcək. Qarşılıqlı hörmət və dostluq üzərində qurulan əlaqələr, ölkələrimiz arasında strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına yeni imkanlar yaradacaq.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
40
sesqazeti.az

10Mənbələr