AZ

Nyu-York Məhkəməsində münsiflər heyəti Trampla bağlı cinayət işinin müzakirəsinə başlayıb

Nyu-York

Vaşinqton, 30 may, AZƏRTAC

Nyu-York Məhkəməsində 12 nəfərdən ibarət münsiflər heyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı cinayət işinin müzakirəsinə başlayıb.

AZƏRTAC-ın verdiyi məlumata görə, münsiflər heyətinin nə qədər tez qərar çıxaracağı hələlik məlum deyil.

Trampın məhkəmə prosesi artıq başa çatıb. Məhkəmənin son günündə keçmiş prezidentin vəkilləri və ştat prokurorları yekun arqumentlərlə çıxış ediblər.

Qeyd edək ki, Tramp 2016-cı il seçkiləri ərəfəsində ödədiyi rüşvəti seçicilərdən gizlətmək üçün maliyyə hesabatlarını saxtalaşdırmaqda ittiham olunur.

Tramp işi ilə bağlı dinləmələr aprelin oralarında başlayıb. ABŞ tarixində ilk dəfədir ki, keçmiş prezident cinayət işi ilə bağlı məhkəmə qarşısına çıxarılır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
5
azertag.az

10Mənbələr