AZ

"ABŞ dünyada nüfuzunu itirir"

Birləşmiş Ştatların keçmiş prezidenti Donald Tramp növbəti dəfə Bayden və onun komandasını tənqid edərək bəyan edib ki, ABŞ Ağ Evin hazırki sahibi Co Baydenə görə dünya arenasında nüfuzunu itirib.

 "Xoşunuza gəlsə də, gəlməsə də, Çinin sədri Siyə (Tzinpinə), Kim Çen I-ya (KXDR-in prezidenti), Putinə baxın, onlar birinci sıradadırlar"- deyə Tramp bəyan edib. Eks-prezident daha sonra əlavə edib ki, Birləşmiş Ştatlar bütün dünyanın onlara qarşı olan hörmətini itirib. Onun sözlərinə görə, guya ABŞ dörd il əvvəl dünyada ən hörmətli ölkə sayılırmış, "lakin indi hamının gülüş mənbəyinə çevrilib".

 Tramp Co Baydeni Amerika tarixinin ən pis prezidenti adlandırıb. "O nə etdiyini bilmir, o, prezident olmağa layiq deyil. Ölkəmiz cəhənnəmə sürüklənir"- deyə keçmiş prezident bildirib.

 Xatırladırıq ki, ABŞ-ın eks prezidenti, noyabrda keçiriləcək növbəti prezident seçkilərində prezident postuna əsas namizədlərdən biri sayılır.

 Rüstəm Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
adalet.az

10Mənbələr