AZ

Bayden ABŞ-ı dünyanın yeganə super gücü adlandırıb

Amerika lideri Co Bayden ABŞ-ı dünyanın yeganə super gücü hesab edir. Bizimyol.info xəbər verir ki, bu barədə Bayden Vest Pointdə ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxış edərkən deyib. “Heç bir ölkənin bizim kimi müttəfiqləri yoxdur. Odur ki, bizi təhdid edə biləcəklərini düşünən hər kəs iki dəfə düşünməlidir. Biz tiranlara qarşı duraraq, azadlığı və açıqlığı müdafiə edərək sülhü qorumaqla dəyərlərimizi müdafiə edirik”, - deyə o qed edib. “Birləşmiş Ştatlar ordu vasitəsilə yalnız Amerikanın, əvəzolunmaz millətin edə biləcəyini edir. Dünyanın yeganə super gücü və dünyanın aparıcı demokratiyası bizim dövlətimizdir”, - deyə Amerika lideri bildirib. Eyni zamanda o qeyd edib ki, Birləşmiş Ştatlar Qəzza zolağında “atəşkəs əldə etmək və radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların qaytarılması üçün təcili diplomatik səylər göstərir”. Bundan əlavə, Bayden Amerika silahlı qüvvələrinin aprelin 13-də İranın İsrail ərazisinə kütləvi zərbəsini dəf etməkdə iştirakını vurğulayıb. Prezident eyni zamanda bunu vurğulayıb ki, Birləşmiş Ştatlar Hind-Sakit Okean regionunda AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ hökumətləri arasında təhlükəsizlik tərəfdaşlığı), QUAD (Avstraliya, Hindistan, ABŞ və Yaponiyanı əhatə edən təhlükəsizlik dialoqu), ABŞ-ın Koreya Respublikası, Filippin, Yaponiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı və Vyetnamla strateji tərəfdaşlığı dərinləşdirilməsi də daxil olmaqla müttəfiqliyi gücləndirir və yeni ittifaqlar yaradır. “Biz Tayvan boğazında sülh və sabitliyin tərəfdarıyıq”, - deyə o əlavə edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
50
bizimyol.info

10Mənbələr