AZ

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.

BiG.AZ xəbər verir ki, hadisə zamanı 169 nəfər ölüb, 56 nəfər isə itkin düşüb.

Bununla bağlı Ştatın Mülki Müdafiə nazirliyi məlumat yayıb. Onlar ölənlərin artma ehtimalından narahat olduqlarını bildiriblər.

Sel fəlakəti nəticəsində zərər çəkmiş 469 qəsəbədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Digər tərəfdən, suyun səviyyəsinin azaldığı bəzi qəsəbələrdə su şəbəkələrinin təmir edildiyi və əhalinin içməli suya çıxış imkanının tədricən aradan qaldırıldığı qeyd olunub.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
15
big.az

10Mənbələr