AZ

Qəzzada ölənlərin sayı 37658-ə çatıb

Qəzzada ölənlərin sayı 37 658-ə çatıb.

BiG.AZ xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 263 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 139 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 658-ə, yaralıların sayı isə 86 237-yə çatıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
big.az

10Mənbələr