AZ

Berlin niyə hərbi çağırışdan imtina edib? -“Spiegel“ detalları açıqladı

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə məcburi hərbi çağırışı bərpa etməkdən imtina edib. News365.az xəbər verir ki, bu “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Almaniya Sosial Demokrat Partiyasının icraiyyə komitəsinin qapalı iclasında Pistorius ilk dəfə olaraq, əsasən könüllüliyə əsaslanan yeni hərbi xidmət modelinin əsas müddəalarını təqdim edib.

Nazirin fikrincə, gəncləri gələcəkdə məcburi hərbi xidmətə cəlb etmək əvəzinə, məsələn, pulsuz sürücülük vəsiqəsi almaq kimi stimullar verməklə onları könüllü olaraq Almaniya Silahlı Qüvvələrinə qoşulmağa inandırmaq olar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
19
news365.az

10Mənbələr