AZ

Rəşad Sadıqov üçün yubiley qələbəsi

style='margin-bottom:10px;'>

"Zirə"ni çalışdırıcısı Rəşad Sadıqov Azərbaycan çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 36-cı turunda baş verib.

“Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir klubda baş məşqçi olmuş Sadıqov 2020-ci ilin yayından “Zirə”ni çalışdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
26
teleqraf.com

10Mənbələr