AZ

Rəşad Sadıqovla 50-ci qələbə

Rəşad Sadıqov Azərbaycan çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 36-cı turunda baş verib.

42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir kluba rəhbərlik etmiş Sadıqov 2020-ci ilin yayından “Zirə”nin baş məşqçisidir.
 

Seçilən
114
26
rekord.az

10Mənbələr