AZ

Rəşad Sadıqovun 50-ci qələbəsi

Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 50-ci qələbəsini qazanıb.



Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 36-cı turuna təsadüf edib.



42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçisi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.



Yalnız bir kluba rəhbərlik etmiş Sadıqov 2020-ci ilin yayından “Zirə”nin baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərRəşad Sadıqov Zirə Futbol Klubu

Seçilən
127
26
komanda.az

10Mənbələr