AZ

Azərbaycanda informasiya və rabitə üzrə ƏDV daxilolmaları 17% artıb

Ötən il Azərbaycanda informasiya və rabitə sahəsi üzrə ƏDV daxilolmaları 2022-ci illə müqayisədə 20,3 milyon manat və ya 17% artıb.

Bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.

“Eyni zamanda ƏDV üzrə daxilolmalar illik müqayisədə sənaye sektoru üzrə 45,8 milyon manat və ya 12,1%, topdansatış ticarət üzrə 527,9 milyon manat və ya 4,2%, pərakəndə ticarət üzrə 40 milyon manat və ya 16,8%, tikinti sektoru üzrə 91,6 milyon manat və ya 31,6%, nəqliyyat sektoru üzrə 8,8 milyon manat və ya 15,8% artıb”, – deyə hesabatda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
banker.az

10Mənbələr