AZ

Bu ölkə səfirini geri çağırdı: Prezident baş nazir Sançesin həyat yoldaşını təhqir etdi

İspaniya Argentinadakı səfirini geri çağırıb. Rəsmi Madrid prezident Maylini baş naziri Pedro Sançesin həyat yoldaşı Maria Beqonya Qomez Fernandezi təhqir etməkdə ittiham edib.

 

Sfera.az bildirir ki, qalmaqal ötən həftə baş verib. Argentina prezidenti Xavyer Miley Madriddə olarkən İspaniyanın baş naziri, sosialist Pedro Sançesin həyat yoldaşının korrupsioner olmasına eyham vurub. Mayli İspaniyanın baş nazirinin həyat yoldaşını “korrupsioner” adlandırdıqdan sonra beynəlxalq qalmaqal yeni səviyyəyə çatıb. Mayli daha sonra üzr istəməkdən imtina edib.

 

İspaniyanın sağçı “Vox” partiyasının Avropa Parlamentinə seçkilər öncəsi Madriddə təşkil etdiyi konfransda çıxış edən Argentina prezidenti Xavyer Miley sosializm ideyalarını tənqid edib.

 

Argentina prezidenti İspaniya prokurorlarının Beqonyaya qarşı korrupsiya ittihamı ilə ilkin istintaqa başlaması ilə bağlı son qalmaqalı şərh edərkən, baş nazirin həyat yoldaşını xatırladıb. Qeyd edək ki, həmin məhkəmə dəlil yetərsizliyi və sübut olmadığı üçün dayandırılıb. Aprelin 24-də Sançez, həyat yoldaşına qarşı tenderlərdə iş adamlarına tövsiyə məktublarını təsdiqlədiyi iddiasından sonra açıq məktub yazıb.

 

Argentinadakı səfir ötən həftə sonu məsləhətləşmələr üçün geri çağırılıb. İndi isə İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares bildirib ki, səfir Buenos-Ayresə qayıtmayacaq.

 

Çünki Argentina prezidenti dediyi sözlərə görə üzr istəməkdən imtina edib. O, səfirin geri çağırılmasını cəfəngiyyat adlandırıb və Sançesə həyat yoldaşına yaxşı vəkil tapmağı tövsiyə edib. İspaniyanın baş nazirinin özü bildirib ki, çağırılacağı təqdirdə həyat yoldaşı ilə birlikdə Senatda hər cür izahat verməyə hazırdır.

 
Amma bu radikal tədbir diplomatik münasibətlərin kəsilməsi demək deyil. Müvəqqəti işlər vəkili səfirliyin başında qalacaq. İspaniya Xarici İşlər Nazirliyi böhran başa çatdıqdan sonra Madridin yeni səfir təyin edəcəyini bildirir. 


Xatırladaq ki, özünü “anarxo-kapitalist” adlandıran Xavyer Miley ötən ilin noyabrında keçirilən seçkilərdə qalib gəlib. O, seçki kampanyası zamanı Argentinanın böyük dövlət borcunu sıfıra endirəcəyini vəd etmişdi.

 

Xanım

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
6
sfera.az

10Mənbələr