AZ

Prezident baş nazirin arvadına "korrupsioner" dedi, səfir geri çağırıldı - Siyasi qalmaqal

Argentina prezidenti Xavyer Mileyin İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı haqqında söylədiyi fikirlərə görə Madrid Argentinadakı səfirini həmişəlik geri çağırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "Cadena SER" radiostansiyasının saytında keçirilən mətbuat konfransında bildirib.

Miley "Europa Viva 24" tədbirində çıxışı zamanı Sançesin həyat yoldaşını "korrupsioner” adlandırıb. O, həmçinin xəbərdarlıq edib ki, sosializm yoxsulluğa aparır.

"Biz səfirimizi Bunos-Ayresdən geri çağırırıq, səfir daimi olaraq Madriddə olacaq, Argentina səfirsiz qalacaq”, - bəyanatda deyilir.

Bundan sonra Miley iki ölkə liderləri arasında fikir ayrılıqlarına baxmayaraq, Argentina və İspaniya arasında münasibətlərin sarsılmaz qalacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Argentina lideri baş nazirin həyat yoldaşı haqqında sözlərinə görə üzr istəməyəcəyini bildirib.

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
6
qaynarinfo.az

10Mənbələr