AZ

Qalmaqal: Miley üzr istəmədi, İspaniya səfirini həmişəlik geri çağırdı

Argentina prezidenti Xavyer Miley ölkənin İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşına söylədiyi fikirlərə görə üzr istəməkdən imtina edib.

Publika.az xəbər verir ki, bundan sonra İspaniya Buenos Ayresdəki səfirini həmişəlik geri çağırıb.

“El Diario” xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares təsdiqləyib.

"Səfirin geri çağırılması o deməkdir ki, səfirlik müvəqqəti işlər vəkili səviyyəsində fəaliyyətini davam etdirəcək", - xarici işlər naziri bildirib.

Bundan əvvəl İspaniya səfərindən qayıdan Miley İspaniyanın baş nazirinin həyat yoldaşı Beqonya Sançesi “korrupsioner” adlandırmışdı. Argentina prezidenti dediyi sözlərə görə üzr istəməkdən imtina edib və "hücuma məruz qalanın özü olduğunu" deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
1
publika.az

10Mənbələr