AZ

Ukrayna  Amerikanın ATACMS raketi ilə zərbə endirib

Ukrayna Silahlı Qüvvələri  Donetsk  ərazisində yerləşən Mospino şəhərini kasetli başlıqlı ATACMS raketi ilə vurub.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzində (JCCC) respublikanın nümayəndəliyinin Telegram kanalında məlumat verilib.

 

“Ukrayna silahlı qüvvələri tərəfindən saat 14.10 - Mospino kəndi istiqamətində atışma qeydə alınıb: MGM-140 ATACMS raketi kaset başlığı ilə atılıb”, - məlumatda deyilir.

 

Raketin ələ keçirildiyi və ya şəhər daxilində düşdüyü hələlik məlum deyil. Buna görə dağıntı və tələfat barədə məlumat yoxdur.

 

Mospino şəhəri Donetskdən 10 kilometr cənub-şərqdə yerləşir. 2021-ci ildə qəsəbədə 10 minə yaxın insan yaşayırdı.

 

Mayın 20-də JCCC xəbər verib ki, Ukrayna Silahlı Qüvvələrinin atəşi zamanı Donetsk şəhərinin mülki sakini yaralanıb. 

 

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Qorlovkaya partlayıcı qurğu atıb.

 

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
50
oxu24.com

10Mənbələr