AZ

Fransada kritik çağırış: Ukrayna bizim silahlarla Rusiya ərazisini vursun

Fransa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Jan-Lui Burlanjer hakimiyyəti Ukraynaya Fransa silahları ilə Rusiya ərazisinə hücumlar etməyə icazə verməyə çağırıb.
 
Bu barədə “Le Figaro” məlumat yayıb.
 
“Görünür, vaxtı çatıb... Özünümüdafiə hüququ təcavüzkarın ərazisinin toxunulmazlığı hüququnu istisna edir”, - Burlanjer deyib.
 
O, Ukrayna qoşunlarının Rusiyaya qarşı silahlarından istifadə etməsinə icazə verən Britaniyadan nümunə götürərək, “təmkinlikdən əl çəkməyə və qərar qəbul etməyə” çağırıb. Bourlanger qeyd edib ki, bu, tamamilə qanuni olacaq, çünki bu, təcavüzkar və qurban arasındakı asimmetriyaya son qoyacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
moderator.az

10Mənbələr