AZ

Kreml: Rusiya aktivlərinin Ukrayna üçün istifadəsi beynəlxalq maliyyə qaydalarına ziddir

Rusiya aktivlərinin Ukrayna üçün istifadəsi beynəlxalq maliyyə qaydalarına ziddir.

"Operativ Media" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov, deyib.

“Bu gəlirlərin hamısı bizə məxsusdur və onların başqa məqsədlərə ötürülməsi beynəlxalq maliyyə sisteminin bütün qayda və normalarına ziddir".

 Peskov qərarın necə həyata keçiriləcəyini yaxından izləyəcəklərini və Rusiyanın bu məsələyə reaksiyası üzərində də çalışdıqlarını bildirib.

Qeyd edək ki, Aİ Şurası Rusiyanın dondurulmuş aktivlərindən yaranan fövqəladə gəlirləri üçün hazırlanan planın üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb. Müvafiq olaraq, Rusiya aktivlərindən əldə edilən gəlir Ukraynanın müdafiəsi və yenidən qurulmasına dəstək üçün istifadə olunacaq.

Bu çərçivədə qazancın 90 faizi Avropa Sülh Fondu vasitəsilə Ukraynanın müdafiə və hərbi dəstəyinə, 10 faizi isə ölkənin yenidən qurulması üçün müxtəlif proqramlara köçürüləcək. Qərb ölkələri Rusiyaya məxsus təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
33
operativmedia.az

10Mənbələr