AZ

Aİ Rusiyanın aktivlərindən əldə olunan gəlirin Kiyevə yönəldilməsi planını təsdiqləyi

Avropa İttifaqına üzv ölkələr Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya silah tədarükü və ölkənin yenidən qurulması üçün istifadəsi planını təsdiqləyib.

Azpost.info xəbər verir ki, Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, bu addım Ukraynaya 2024-cü ildə 3 milyard avro ayırmağa imkan verəcək.

“Bu gün biz Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynanın xeyrinə yönəltmək qərarına gəldik. Təkcə bu il bu, 3,26 milyard dollar təşkil edə bilər”, – Lipavski deyib.

2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlar başlayandan bəri G7 ölkələri Rusiyanın təxminən 257 milyard avro dəyərində aktivlərini dondurub. Onların üçdə ikisindən çoxu Aİ-də saxlanılır.

Vəsaitlərin böyük hissəsi Belçikanın “Euroclear” depozitarında saxlanılır, burada bu aktivlər 2023-cü ildən bəri təxminən 3,9 milyard avro gəlir əldə edib.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
33
azpost.info

10Mənbələr