AZ

Kreml: Rusiya aktivlərinin Ukrayna üçün istifadəsi beynəlxalq maliyyə qaydalarına ziddir

Kremlin sözçüsü Dmitri Peskov, Avropa Birliyinin (Aİ) Rusiya aktivlərindən Ukrayna üçün istifadə edilməsinə gəlincə, “Bu gəlirlərin hamısı bizə məxsusdur və onların başqa məqsədlərə ötürülməsi beynəlxalq maliyyə sisteminin bütün qayda və normalarına ziddir ” – deyib.
Elchi.az xəbər verir ki, Dmitri Peskov Rusiyanın paytaxtı Moskvada jurnalistlərə verdiyi açıqlamada, AB ölkələrinin dondurulmuş Rusiya varlıqlarından əldə edilən qazancın Ukraynanın müdafiəsi üçün istifadəsinə icazə verməsini qiymətləndirib.
Rusiya aktivlərinə qarşı verilən qərarın hələ də “qəsb” olduğunu bildirən Peskov, “Bu gəlirlərin hamısı bizə məxsusdur və onların başqa məqsədlər üçün transferi beynəlxalq maliyyə sisteminin bütün qayda və normalarına ziddir” – deyib.
Peskov qərarın necə həyata keçiriləcəyini yaxından izləyəcəklərini və Rusiyanın bu məsələyə reaksiyası üzərində də çalışdıqlarını bildirib.
Aİ Şurası dünənki açıqlamasında Rusiyanın dondurulmuş aktivlərindən yaranan fövqəladə gəlirləri üçün hazırlanan planın üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.
Müvafiq olaraq, Rusiya aktivlərindən əldə edilən gəlir Ukraynanın müdafiəsi və yenidən qurulmasına dəstək üçün istifadə olunacaq.
Bu çərçivədə qazancın 90 faizi Avropa Sülh Fondu vasitəsilə Ukraynanın müdafiə və hərbi dəstəyinə, 10 faizi isə ölkənin yenidən qurulması üçün müxtəlif proqramlara köçürüləcək.
Qərb ölkələri Rusiyaya məxsus təxminən 300 milyard dollarlıq aktivlərini dondurmuşdu.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
elchi.az

2Mənbələr