AZ

Gürcüstan hakimiyyəti ABŞ-ı inqilaba cəhddə İTTİHAM EDİR

Gürcüstan hakimiyyəti ABŞ-ı inqilaba cəhddə ittiham edib və “xarici agentlər haqqında” qanunun ləğvi üçün şərtlər irəli sürüb.

 

Modern.az "Strana"ya istinadən xəbər verir ki, “Gürcü Arzusu” Amerikanın “xarici agentlər haqqında” qanun çərçivəsində hakimiyyətinin bundan sonrakı fəaliyyətindən asılı olaraq, ya sanksiyalar, ya da Tiflisə dəstək nəzərdə tutan qanun layihəsini belə şərh edib.

 

“2020-ci ilin noyabrından bəri ABŞ hakimiyyəti artıq iki dəfə Gürcüstanda inqilab təşkil etməyə cəhd edib. Gürcüstan-Amerika münasibətlərinin yaxşılaşması tamamilə Amerika tərəfinin düzgün addımlarından asılıdır. Bunun üçün tamamilə qeyri-müəyyən perspektiv və təhqiramiz şantajla vədlər vermək yox, Gürcüstan dövlətinə və gürcü xalqına hörmət göstərmək lazımdır”, - partiyanın bəyanatında deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
19
modern.az

10Mənbələr