AZ

ABŞ Gürcüstana bazarlıq təklif edir? – “Demokratiyanın bərpası qarşılığında viza sadələşdirilməsi”

ABŞ demokratiyanın bərpası müqabilində Gürcüstana viza rejiminin liberallaşdırılmasını təklif edə bilər.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bu həftə ABŞ Konqresinə təqdim edilməli olan “MEGOBARI Aktı” qanun layihəsinə istinadən yayılmış məlumatda deyilir ki, Vaşinqton “güzəştli ticarət rejimi”, “Amerika bazarlarına çıxışın yaxşılaşdırılması”, “vizanın liberallaşdırılması”, “Rusiya təcavüzünə qarşı ərazi müdafiəsi üçün ideal olan təhlükəsizlik və müdafiə avadanlığının təminatı daxil olmaqla, hərbi dəstək paketi” kimi addımları atmağa hazırdır.

Ağ Evin şərti isə belədir: “Gürcüstanın hakimiyyət orqanları getdikcə daha aqressivləşən anti-Qərb ritorikasından əl çəkməli və insan haqları sahəsində geriləməni dayandırmalıdır”.

Sənəddə “Rusiya qanunvericiliyinin surətini xatırladan xarici agentlər haqqında qanun” ləğv edilməyəcəyi təqdirdə hakim “Gürcü Arzusu”ndan olan siyasətçilərə və onların ailə üzvlərinə qarşı sərt sanksiyalar nəzərdə tutulub.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
19
konkret.az

10Mənbələr