AZ

Xarici agentlər qanunu Gürcüstanın Avropaya inteqrasiyasını sürətləndirəcək

"Xarici agentlər haqqında" qanun Gürcüstanın Avropaya inteqrasiyasını sürətləndirəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Xarici agentlər haqqında qanunun qəbulu sayəsində Gürcüstanın Avropaya inteqrasiyası sürətlənəcək, çünki biz hətta zehni inqilabi proseslərdən qaçsaq, bu, Avropaya inteqrasiyanı sürətləndirəcək”, - o bildirib.

Xatırladaq ki, Gürcüstan parlamentində müzakirəyə çıxarılan "Xarici agentlər haqqında" qanun müxalifətin etirazına səbəb olub. Ötən gün Tiflisdə qanun layihəsinin əleyhinə keçirilən etiraz aksiyası polislə nümayişçilər arasında qarşıdurmaya səbəb olub. 

Qeyd edək ki, Gürcüstan müxalifəti sözügedən qanunu "Rusiya layihəsi" adlandırır.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
27
Mənbələr
Şərh ()
Bağla