AZ

Mikayıl Cabbarov: "Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib"

Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.

"Bizi bu bazarda gözləyirlər, biz tənzimləmə mühitinə yanaşmalar baxımından eyni dildə danışırıq. Özbəkistan bizim inamla Azərbaycan biznesini təşfiq etdiyimiz azsaylı ölkələrdən biridir. Bildiyiniz kimi, iki ölkə arasında 500 milyon ABŞ dolları kapitalı olan birgə fond yaradılıb. Hazırda Azərbaycan və Özbəkistanda olmaq şərti ilə 10 potensial layihə nəzərdə keçirilir",- deyə o qeyd edib.

M. Cabbarov bir sıra sferalarda bu il ərzində üzərində işlədikləri layihələrin reallaşdırılmasını gördüklərini diqqətə çatdırıb:

"Bura tekstil istehsalı daxildir. Qarşı tərəflə tezliklə işğaldan azad edilmiş ərazilərdə ilkin mərhələdə 400-dən çox iş yeri təmin edəcək iri müəssisənin işə salınmasını planlaşdırırıq. Avtomobil istehsalı sahəsini ayrıca qeyd etmək istərdim".

Nazir Ələt Azad İqtisadi Zonanın təklif etdiyi imkanlara diqqət yetirməyə çağırıb: "Həm tənzimləmə, həm də infrastruktur baxımından bu, regionda ən əlverişli və müasir formatdır. Bu kontekstdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarını qeyd etmək istərdim. Yaranmasından kifayət qədər az vaxt keçməsinə baxmayaraq Ağdam Sənaye Parkı rezident sayına görə ölkənin ikinci ən böyük parkına çevrilib. Artıq parkın 27 rezidenti var. Hazırda üç müəssisə fəaliyyət göstərir, qarşıdakı aylarda isə daha bir neçə müəssisənin işə başlaması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
3
baku.ws

10Mənbələr