AZ

Azərbaycan-Özbəkistan $500 mln investisiya fondu yaradıb

Son illər Azərbaycan və Özbəkistan arasında daimi aviareyslərin sayı artıb ki, bu da Özbəkistanın Azərbaycan iş adamları üçün vacib bazara çevirib. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 


"Biz birgə məhsul istehsal edin üçüncü ölkə bazarlarına çıxa bilirik. 500 milyon dollarlıq fond yaradılıb ki, bu fonddan həm Azərbaycan, həm Özbəkistan ərazisində reallaşdırılan layihələr maliyyələşdirilə bilər”, -Cabbarov ll Azərbaycan-Özbəkistan regional forumunun iclasında deyib.


O həmçinin bildirib ki, hazırda fond tərəfindən 10 layihənin maliyyələşdirilməsi işinə baxılır. Azərbaycan və Özbəkistan kapitalı əsasında yaradılan bu fonddan həm də üçüncü ölkələr ərazisində fəaliyyət göstərən layihələrə də vəsait ayrıla bilər. 


Nazir bildirib ki, bu il 400-dən çox iş yeri olan toxuculuq fabrikinin işə salınacağı gözlənilir. Bu müəssisə çərçivəsində pamnığın həm istehsalı , həm də emalı nəzərdə tutulub. 


Onun sözlərinə görə, Azərbaycan qeyri neft sektorunun inkişafına diqqət yetirir və bu sahədə UDM istehsalı 7 %-dən çox artıb.


Nazir Özbəkistan iş adamlarını Ələt Azad İqtisadi zomasının inkişafından bəhrələnməyə çağırıb. 


"Bundan başqa Ağdam sənaye parkında 27 şirkət fəaliyyət göstərir və onların sayı artır”, - nazir bildirib.


O, həmçinin deyib ki, 1 milyon ton ildə Özbəkistan məhsullarının Azərbaycan ərazisindən tranzitini gözləyirik.


N.Təbrizli

www.anews.az
Seçilən
177
50
anews.az

10Mənbələr