AZ

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın növbəti iclasının vaxtı məlum olub

Azərbaycan-Özbəkistan birgə Hökumətlərarası Komissiyanın növbəti 13-cü iclası bu ilin iyul ayında keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.

“Bu gün biz Qubada iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafına yönəlmiş 2-ci Azərbaycan-Özbəkistan Biznes Forumunu keçiririk. Lakin bu, iki ölkə arasında bu il üçün nəzərdə tutulan sonuncu belə tədbir olmayacaq. Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının növbəti iclası iyulda baş tutacaq”, - o bildirib.

AZPROMO-nun İcraçı direktor qeyd edib ki, avqustda Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri planlaşdırılır və bu da iki ölkəni daha da yaxınlaşdıracaq, əməkdaşlığı genişləndirəcək.

Xatırladaq ki, 2023-cü ildə Şuşada Azərbaycan-Özbəkistan birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
report.az

10Mənbələr